Prezident İlham Əliyev: Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur

Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. […]

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız […]

Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq – Ukraynalı ekspert

Əminəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən deyib. O bildirib ki, tezliklə bütün dünya Qarabağın təbiətinin gözəlliyinin şahidi olacaq: “Amma bundan əvvəl Azərbaycan işğal müddətində […]

10 gün bizi pəncərəsiz yerdə saxladılar – Ermənilərə əsir düşən hərbçi

Əsgərlərimizə yemək verib geri qayıdarkən əsir düşmüşəm. Doğrusöztv.Az-ın məlumatına görə, bunu erməni əsirliyindən qayıdan Azərbaycan hərbçisi Nahid Həmidov deyib. O bildirib ki, yol axtararkən əsir götürülüb: “10 noyabrda taborumuza yemək aparırdım. Yeməyi verib qayıdanda düşmənin atıb qaçdığı texnikanı gördüm. Hərbi qəniməti götürüb geri qayıdarkən yolu azdım. Bir də baxdım ki, […]

Azərbaycan qazının Avropaya çatdırılması tarixi nailiyyətdir – Səfir

Azərbaycan qazının Avropaya çatdırılması tarixi bir nailiyyətdir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” səhifəsində yazıb. Səfir bildirib: “Cənub Qaz Dəhlizinin başa çatması və Avropaya Azərbaycan qazının çatdırılması münasibətilə Azərbaycanı təbrik edirəm. Bu, Böyük Britaniya hökuməti və şirkətlərinin uzun illərdir dəstəklədikləri tarixi bir nailiyyətdir”.

Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq (FOTO/VİDEO)

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir. Azərbaycan Avtomobil Yolları […]

Anar Kərimov Mədəniyyət naziri təyin edildi

Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilsin. XXX Dövlət başçısının digər sərəncamı […]

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, […]

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Yanvarın 1-də Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyko Borisov TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının mühüm hadisə olduğunu qeyd edərək, bunun yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti TAP layihəsi üzrə Azərbaycan qazının Bolqarıstana çatdırılmasının həm ikitərəfli əlaqələrin inkişafı, […]