Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb. Doğrusöztv.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-ə düşəcək. Qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, Ramazan ayının ilk günü aprelin 13-nə təsadüf edəcək. QMİ-dən əlavə olunub ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, […]
Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Sərvər oğlunun, şəhid əsgər Babayev Əmirxan Mirilham oğlunun və şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlunun ailələrini ziyarət edərək şəhidlərin təsvirləri toxunmuş xalçaları ailələrinə təhvil vermiş, ailələrə təşkilat tərəfindən bayram sovqatı təqdim etmiş və onların […]
Ucarda 12 yaşlı yeniyetmə intihar etdi
Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib. Unikal.org xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb. Hadisənin hansı […]
Cavad Zərif Çinin XİN başçısı ilə görüşdü
İran xarici işlər naziri Cavad zərif çinli həmkarı Vanq Yi ilə görüşüb. Unikal.org xəbər verir ki, bu barədə Cavad Zərif “Twitter”də məlumat verib. Görüşdə qlobal, regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda xarici işlər nazirləri Çin və İran arasında 25 illik strateji, iqtisadi əməkdaşlıq sənədi imzalayıblar. Çin XİN başçısı […]
Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsini yaxından izləməkdə davam edəcəyik – Ərdoğan
30 il öncə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib. R.T.Ərdoğan deyib ki, 3 ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə […]
“Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilmişdir. Doğrusöztv.Az-ın məlumatına görə, SOCAR-dan verilən məlumata görə, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı […]
Səfir Elxan Poluxov Braziliyanın Təhsil naziri ilə görüş keçirib
Cari ilin 23 mart tarixində səfir Elxan Poluxov Braziliya Federativ Respublikasının Təhsil naziri Milton Ribeiro ilə görüş keçirib. Doğrusöztv.Az bildirir ki, Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata görə, görüş zamanı səfir, ölkəmizdə təhsil sahəsinə verilən diqqət, aparılan geniş islahatlar, əhalinin demək olar ki tam əksəriyyətinin təhsili olduğu və bu sahənin dövlət […]
Vüqar Rəhimzadə: Prezidentimizin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır
“2021-ci ilin Novruz bayramı çağdaş tariximizə hec zaman unudulmayacaq, gələcək nəsillər tərəfindən əsrlər boyu fəxrlə, qürurla oxunacaq şanlı bir səhifə kimi yazılacaq. Möhtərəm Prezidentimizin Azərbaycan xalqına builki Novruz təbriki fərqli məkandan- 28 il gözü yolda qalan, bu müddətdə əzəli sahibinə qayıdacağına ümidini bir an belə itirməyən və ötən il noyabrın […]
Ali Baş Komandan ata vəsiyyətini və xalqımızın arzusunu həyata keçirdi – Hikmət Hacıyev (VİDEO)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Allah Ulu Öndərə rəhmət eləsin! Ruhu şaddır! Ali Baş Komandan ata vəsiyyətini və xalqımızın “Gələn Novruz Qarabağda, Şuşada” arzusunu və diləyini həyata keçirdi. “QARABAĞ AZƏRBAYCANDIR”.