İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə […]
Keçmiş polisi qətlə yetirən qonşusu saxlanıldı – Yenilənib
İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirib. DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Məlumata görə münaqişə qonşular arasında baş verib. B.Bayramov polis […]
Hazırda tıxac olan yolların SİYAHISI
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda:
Bütün düymələrə basıldı – Hər şey Ərdoğanın bir kəlməsindən asılıdır
İsveçin xarici işlər naziri Tobias Billström İsveçin PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınadığını bildirib. Dogrusoztv.az musavat.com-a istinadən bildirir ki, ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən sonra keçən prosesə toxunan Billström terrorla mübarizə mövzusunun Üçlü Memorandumda mühüm yer tutduğunu və bu mövzuda yeni qanunun bir müddət əvvəl qüvvəyə mindiyini xatırladıb. […]
Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil
Qoç – gün pis olmasa da, yetərincə narahatdır. Qarşıya qoyulan məqsədlərə çatmaq, yolda yaranan maneə və sədləri dəf etmək asan deyil. Yardım üçün kimə müraciət edəcəyinizi bilmirsiniz. Belə vurnuxmalar, çaş-başlıq sizi narahat edir. Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaxın ətrafınızdakı insanlara meydan oxumayın, aqressiv davranmayın. Belə hərəkətlər yaxşı heç nə […]
Ceyranbatan qəsəbəsində neft kəmərində sızma baş VERDİ – VİDEO
“112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti […]
“Ermənilərin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – MN
İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı […]
Türkiyədə PKK-ya işləyən partiya üzvü saxlanıldı
Türkiyə polisi Tekirdağda PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirib. Dogrusoztv.az haberler.com-a istinadən xəbər verir ki, keçirilən əməliyyatda 5 nəfər həbs edilib. Saxlanılanlar arasında Xalqların Demokratik Partiyası Süleymanpaşa İlçe rəhbəri v N.O və 28-ci Dövr parlament seçkilərinə namizədi olan S.K-da yer alıb. Şübhəlilər barəsində cinayət işi açılıb.
Azərbaycan və Tatarıstan liderləri Ağalı kəndində – FOTOLAR (YENİLƏNİB)
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzdilər. Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə – 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan […]
Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.