“Ermənilərin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – MN

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

Loading

Next Post

Ceyranbatan qəsəbəsində neft kəmərində sızma baş VERDİ - VİDEO

“112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti […]