Nazir Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərdi

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub. “Report”un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Su üzrə tariflərlə bağlı YENİ TƏKLİF

“Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotun aparılması təmin edilməlidir”. “Report” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib. O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib. Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün […]

Partlayış bu səbəbdən baş verib – “Azəriqaz” partlayışla bağlı daha bir MƏLUMAT YAYDI – FOTO

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Goumet” restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Belə ki, müəssisənin daxilində propan qaz balonları (3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi […]

Türkiyə XİN-dən Azərbaycana başsağlığı mesajı

“Bakıda bu gecə baş verən partlayış nəticəsində ölənlərin və yaralıların olduğunu üzüntü ilə öyrəndik. Azərbaycandakı qardaşlarımızın acısını paylaşırıq, həyatını itirənlərə rəhmət, ailələrinə başsağlı və səbir, yaralılıara tezliklə şəfa tapmağı diləyirik”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində yazıb.(oxu.az)

Azərbaycanda iki rayon ləğv edildi

Prezident İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdliqləyib.Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri […]

Əli Əsədov yeni qərar imzaladı: MÜDDƏT UZADILDI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. “Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il mayın 1-dək uzadılıb. Qeyd edək ki, […]

XİN başçısı: “Ermənistandan sülh sazişi ilə bağlı müsbət mesajlar eşidirik”

“Son günlər Ermənistandan sülh sazişi ilə bağlı müsbət mesajlar eşidirik”.”Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Azərbaycanın xarici işlər naziri bildirib ki, italiyalı həmkarına Azərbaycan tərəfinin Ermənistanla münasibətlərin sabitləşməsi üçün irəli sürdüyü bütün addımlar […]

Azərbaycan XİN Ermənistanın iftira xarakterli bəyanatını rədd edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı 28 mart 2022-ci il tarixli əsassız bəyanatına dair şərh verib. Doğrusöztv.Az bildirir ki, XİN-dən daxil olan məlumata görə, şərhdə deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira […]

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək. Doğrusöztv.Az-ın ATƏT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində o, üç ölkənin rəsmiləri ilə görüşəcək. Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına həsr olunacaq.

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Doğrusöztv.Az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib. Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında Prezident Volodimir […]