Bakıda qırıcı təyyarələrin hazırlıq uçuşu həyata keçirilir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları – “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşq edirlər. Qeyd edək ki, Bakıda “Texnofest-2022” festivalı mayın 26-29-da keçiriləcək.
Prezident Roma Papasını təbrik edib
Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət […]
Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib
Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib. “Unikal”ın məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupuna daxildir. Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki nasazlıqla əlaqədar sıradan çıxıb. Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava şəraiti […]
İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş – VİDEO
Ermənistanda “Müqavimət” hərəkatının iştirakçıları səhər saatlarından etibarən İrəvan küçələrində Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə itaətsizlik aksiyaları və avtomobil yürüşləri keçirirlər. Dogrusoztv.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib. Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla […]
Meymun çiçəyinə görə karantin neçə gün olacaq?
Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir potensial təhlükəli virus – meymun çiçəyi ortaya çıxıb. Artıq Belçikada virusula bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar. Qeyd edək ki, məcburi təcrid qərarı verən ilk ölkə olan Belçikada meymun çiçəyi […]
Azərbaycan və Ermənistan liderləri bu barədə razılığa gəldilər
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib. Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla […]
“Razılaşdıq ki, eyni formatda yenidən görüşək” – Şarl Mişel
“Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Avropa İttifaqı dəstəyini gücləndirməyə hazırdır”.Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.“Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”-deyə, o bildirib.
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Böyük görüş ” adlı tədbir keçirib
Tədbirdə Şəhid ailələri və Vətən Müharibəsinin Əlilləri, Aprel döyüşlərinin qəhrəmanları, birinci Qarabağ münaqişəsinin iştirakçıları,Millət vəkilləri, QHT və KİV rəhbərləri, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri iştirak edərək çıxış ediblər.Birliyin sədri Yasəmən Qəyyumlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, təşkilat olaraq […]
Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıda – VİDEO
Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib. Bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter“ hesabında məlumat yayılıb. Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib. Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.