Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Ağstafa su kanalında kişi batıb

Ağstafa su kanalının Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində kişi batıb. Kanalın “Məhsul” arena yaxınlığından keçən hissəsindən Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb. Görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə […]

Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək

Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə olunmasına nail olmaqdır. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün […]

Bakıda 9 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi […]

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Gu barədə o, “X” hesabında paylaşım edib. “Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram”, -deyə […]

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livandan çıxmayacaq və Hizbullaha qarşı əməliyyatlara davam edəcək. “Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında deyib. Məlumatlı mənbələr bildirib ki, Netanyahu Trampa İsrail ordusunun Livanda ələ keçirdiyi mövqeləri əlində saxlayacağını və Hizbullaha məxsus infrastrukturun məhv edilməsinə davam edəcəyini […]