Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və […]
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı arxivə verilib
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı parlamentin arxivinə təhvil verilib. Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Factor.am”a bildirib. “44 günlük müharibənin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasının hesabatının parlamentin plenar iclaslarının gündəliyinə daxil edilməsi müddətlərin üst-üstə düşməməsi səbəbindən hüquqi baxımdan mümkün olmayıb. Bütün mümkün maraqlı tərəflərlə aparılan müzakirələr […]
Ermənistan parlamenti müxalifətin milli böhran haqqında bəyanatının layihəsini rədd edib
Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri Komissiyası müxalif “Şərəfim var” fraksiyasının təqdim etdiyi “Milli böhran və idarəetmənin iflası haqqında” bəyanatı mənfi rəylə qarşılayıb. Bu barədə Ermənistan KİV-ləri bildirib. Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan həmməruzəçi Arusyak Culhakyan qeyd edib ki, 2021-ci ildə keçirilən seçkilərdə parlament müxalifəti səslərin 10 %-ni belə qazana […]
Ərdoğan sabah Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçiriləcək.
Prezident İlham Əliyev Qəbələdə TDT-nin Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident […]
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılar azadlığa buraxılıb
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov həbsdən azad olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elnur Həmidov 1 il 6 ay sınaq müddəti olmaqla şərti, Elçin Hüseynov 3 il […]
Azərbaycan Kubokunda mövsümün ilk təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk təyinatları açıqlanıb. I təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Raundun bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq. Azərbaycan Kuboku I təsnifat mərhələsi 9 oktyabr (cümə axşamı) 14:00. “Sheki City” – “Araz Saatlı” Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar […]
Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək
Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək. Nazirlər Kabineti bu barədə qərar verib. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi […]
Dünya bazarlarında neft bahalaşır
“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 1,29% artaraq 1 barelə görə 65,36 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,3% artaraq 61,67 ABŞ dollarına bərabər […]
Ukrayna Krımda neft bazasını dronlarla vurub, günclü yanğın olub
Urkayna Silahlı Qüvvələri Krımın Feodosiya şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. PUA hücumundan sonra neft bazasında güclü yanğın baş verib. Məlumata görə, hücum Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub. Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib. Feodosiya, Yevpatoriya, Simferopol ərazisində və Kaça aerodromunun yaxınlığında […]