Rusiya Azərbaycana təşəkkür etdi

“Rusiya humanitar yardımın İrana çatdırılmasında köməyə görə Azərbaycan hakimiyyətinə minnətdardır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.  Diplomat Rusiyanın İran əhalisinə humanitar yardım göstərməyə davam etdiyini diqqətə çatdırıb. O, dərman vasitələrindən ibarət ikinci humanitar yardım partiyasının təhvil prosesinin martın 27-də İran-Azərbaycan sərhədində […]

Masazırdakı çökən yolla bağlı – Rəsmi açıqlama

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Masazırda çökən yolla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, çökmə hadisəsi Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda qeydə alınıb. “Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz […]

Müharibə, qarşıdurma, hərbi əməliyyatların nəticəsi: təhlükəsizliyin təhdidi – ŞƏRH

Günün əsas sualları – yükləri haradan daşımalı, harada dincəlməli, hara səyahət etməlı? Qlobal miqyasda mənzərəyə baxanda az qala hər yerdə təhlükə, təhdid var. ABŞ-İsrail və İran hərbi qarşıdurması bəhs etdiyimiz məsələlərdə vəziyyətin gərginləşməsi, hətta böhranın yaranmasının baisidir.Ötən gün ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu İrana hücumu 2-3 həftəyə […]

Müharibə, qarşıdurma, hərbi əməliyyatların nəticəsi: təhlükəsizliyin təhdidi – ŞƏRH

Günün əsas sualları – yükləri haradan daşımalı, harada dincəlməli, hara səyahət etməlı? Qlobal miqyasda mənzərəyə baxanda az qala hər yerdə təhlükə, təhdid var. ABŞ-İsrail və İran hərbi qarşıdurması bəhs etdiyimiz məsələlərdə vəziyyətin gərginləşməsi, hətta böhranın yaranmasının baisidir.Ötən gün ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu İrana hücumu 2-3 həftəyə […]

ABŞ və İsrail İranın polad sənayesinə zərbə endirib

ABŞ və İsrail İranın mərkəzi və cənub-qərb hissələrindəki poladtökmə komplekslərinə zərbə endirib. Bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb. İlkin qiymətləndirmələrə görə, İranın ən böyük şirkətlərindən biri olan və mərkəzi İsfahan əyalətində yerləşən “Mobarakeh Steel Company” polad şirkətinin istehsal bölmələrinə kütləvi hücumlar nəticəsində ciddi ziyan dəyib. Bundan başqa, “Sefid Dasht […]

Suqovuşanda mina partlayıb, xəsarət alan var

Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib. Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini […]

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək. Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib. Sərəncama əsasən, zavodun tikintisini Azərbaycan İnvestisiya Holdinqi hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti […]

Martda dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin mart ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir. Onların 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i Qazaxıstan vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə […]

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə mübahisə yaranıb

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Mehriban Abasquliyeva ifadəsini davam etdirib. Mehriban Abasquliyeva bildirib ki, hadisə baş verən zaman mərkəzdə yanğınsöndürən balonlar olsa […]

Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub – QRUPLAR

Bu il keçiriləcək Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub. 12 qrupda 48 yığma komanda mübarizə aparacaq. Keçirilən pley-off görüşlərindən sonra Bosniya və Herseqovina, İsveç, Türkiyə, Çexiya, İraq və Konqo DR mundiala vəsiqə qazanıb. Komandalar turnirdə aşağıdakı qruplarda mübarizə aparacaq. A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya […]