Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib. Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.
Ordumuzun mövqeləri atəşə tutuldu
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif […]
Bu gün onların bayramıdır – Video
Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür. “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir ki, peşə bayramını […]
Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi – RƏSMİ
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutkalıq xülasəsini təqdim edib. Dogrusoztv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, xülasədə uzun müddətdir uğrunda döyüşlərin getdiyi Baxmuta Rusiyanın şimal-qərbdən hücuma keçdiyi bildirilib. Məlumata görə, bu vaxta qədər Rusiya qüvvələri Baxmutu təkcə şərqdən, cənubdan və şimaldan ələ keçirməyi hədəfləsə də, indi həm də şimal-qərbdən hücuma […]
İmişlidə zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.
Laçın-Xankəndi yolundakı aksiyanın 73-cü GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 73 gündür davam edir. Dogrusoztv.az xəbər verir ki, havanın küləkli, soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. […]
Günün qoroskopu: Risk etməkdən çəkinməyin
Dogrusoztv.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç – İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni […]
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti […]
Prezident bu nazirliyin səlahiyyətini artırdı – Fərman
Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Prezidentin digər […]
Məleykə Abbaszadə ilə bağlı – Sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Məleykə Abbaszadə ilə bağlı sərəncam imzalayıb. Ətraflı Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, fevralın 23-ü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olan M.Abbaszadənin 70 yaşı tamam olacaq.