Azərbaycan səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib. Bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin “X” hesabında məlumat verilib. “Rəsmi mərasimdən sonra keçirilən ikitərəfli görüşdə Azərbaycanla Sinqapur arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib”, – məlumatda bildirilib.
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək […]
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və […]
Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Sərəncam “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su […]
“Yerin təki haqqında” qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib
Milli Məclis su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsini ilk oxunuşda qəbul edib. Bununla bağlı “Yerin təki haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. […]
Sabah hava çiskinli olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 […]
Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi son oxunuşda qəbul edilib
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Dəyişikliklə ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir. Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Belə ki, bu Qanunla avtomagistral- bu qanunla müəyyən […]
MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb. Sənədə görə, Azərbaycan- […]
İlham Əliyev Estoniya prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və […]
Azərbaycan XİN Estoniyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Estoniya Respublikasının Milli Günü münasibətilə Estoniya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Milli Günün mübarək olsun, Estoniya!”, – postda qeyd olunub.