Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk görüşünü sentyabrın 27-də səfərdə Lixtenşteynə qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası II qrup 2026-cı il 27 sentyabr 18:00. Lixtenşteyn – Azərbaycan 1 oktyabr 21:00. Azərbaycan – Lixtenşteyn 4 oktyabr 18:00. Azərbaycan – Litva 13 […]

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili” […]

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar artımlarla ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu […]

Şənbə günü 20 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. […]

Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Nazir çıxışında gənc və […]

Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib. “Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox […]

ABŞ-də atışma olub, ölənlər var

Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib. Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür

Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür. Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu […]

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 67,36 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel […]