İran bütün uçuşları dayandırıb

İranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bildirib. Bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim ediləcək. Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək tədbirə giriş sərbəst olacaq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə populyar müğənnilər və kollektivlər çıxış edəcək. Azərbaycanın tanınmış estrada […]

KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” yüksək rütbəli İsrail rəsmisinə istinadən yazıb. Nəşrin məlumatına görə, bir zərbə dalğası Tehranın nüvə proqramına “kifayət qədər ziyan vurmaq” üçün yetərli olmayacaqdı. Cavab hücumu imkanını məhdudlaşdırmaq üçün İsrail eyni zamanda İran rəhbərliyinə, cəbbəxanasına və strateji […]

Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib

Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Gela Geladzenin rəhbərlik etdiyi nümayəndə heyətinə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze də daxildir. Səfərin iki ölkə arasında strateji tərəfdaşlıq və hüquqi əməkdaşlığın daha […]

MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Bu barəd Medianın İnkişafı Agentliyi( MEDİA) məlumat yayıb. Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir: “Cəmiyyəti yalnız rəsmi mənbələrin […]

Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafını, təcrübə mübadiləsini və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqini nəzərdən keçirib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir […]

KİV: İsrail İrana qarşı yeni hücumlara başlayıb – YENİLƏNİB

İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb. Bu barədə “Report” İsrailin 12-ci kanalına istinadən xəbər verir. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib. 13:24İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib. “Report”un məlumatına görə, bu barədə […]

Laçına köçürülmüş mindən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Laçın rayonuna köçürülmüş sakinlərdən 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Belə ki, 104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb). Daha 46 nəfər isə peşə kurslarına cəlb olunub.