Türkiyə MN: Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlikdən bildirilib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan siqnalı ilə iki F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan havaya qalxıb. Qeyd edilib ki, döyüş təyyarələrindən biri ilə […]

Suriya hökuməti və druz dəstələri arasında ilk əsir mübadiləsi həyata keçirilib

Suriya rəsmi hökuməti və Əs-Suveyda şəhərini nəzarət altında saxlayan druz silahlı birləşmələri keçən yay baş verən hərbi qarşıdurmaların ardından ilk dəfə əsir mübadiləsi prosesini reallaşdırıb. Bu məlumatı Suriya hökumətinin Əs-Suveydadakı mətbuat xidməti açıqlayıb. Mübadilə prosesinə əsasən, Dəməşq paytaxtın yaxınlığında yerləşən mərkəzi Adra həbsxanasında saxlanılan druz birləşmələrinin 61 üzvünü azadlığa buraxıb. […]

Kaxetidə Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilir

Gürcüstanın Kaxeti regionunda 7-ci Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu təşkil olunub. “Tsinandali Estate, A Radisson Collection Hotel”də keçirilən tədbirdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat, eləcə də hər üç ölkədən olan iş adamları iştirak edirlər. Ümumilikdə, foruma üç ölkədən 400-ə […]

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar. Qeyd edək […]

Səhiyyə naziri: Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb

Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb. Bunu səhiyyə naziri Teymur Musayev “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib və siyahı genişlənməyə davam edir.

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib. Səfir bu barədə “X” sosial media hesabında yazıb. “26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə […]

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.Fevralın 26-da səhər saatlarından etibarən “Ana harayı” abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər. Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.

Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlardan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.