Vüqar İskəndərov: Ermənilər aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü gördülər

Azərbaycan Ordusu ölkəmizin müstəqillik illərində, daha dəqiq desək ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət nəticəsində uğurla inkişaf edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu […]

Azərbaycan və Türkiyə vətəndaşları iki ölkə ərazisində sürücülük vəsiqəsindən istifadə edə biləcək

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınması qaydası təsdiq olunub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” sazişə əsasən hər iki ölkənin vətəndaşları digər ölkə ərazisində öz dövlətinin sürücülük vəsiqəsindən istifadə edə biləcək. Bununla bərabər həmin […]

Rufiz Qonaqov: BMT Baş Assambleyasının COVİD-19-a qarşı xüsusi sessiyasının keçirilməsi Azərbaycan rəhbərinin qlobal liderliyinin və qlobal baxışının göstəricilərindəndir

Dünyanın 130 -dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili ilə bağlı təşəbbüsünü dəstəkləməsi bir daha Azərbaycana və ölkə liderinə olan diqqət və rəğbəti nümüyiş etdirir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. R.Qonaqov bildirib […]

Ermənistan iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 45 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun […]

“İcaze.e-gov.az” portalında icazələrin bir hissəsi ləğv edilib

Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Doğrusöztv.Az bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]

Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub. DOĞRUSÖZTV.AZ xəbər verir ki, Nazirlikdən  bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi […]

“MTN-in belə əməkdaşı olmayıb” – DTX

Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı, “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb. Unikal.org-un xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat […]