Şəkidə sel körpünü uçurdu – VİDEO

alfonsonri

Şəkinin Baş Şabalıd kəndindən keçən sel kəndin yeganə girişi olan Quruçay üzərindəki körpünü aparıb. Hadisə nəticəsində kəndin şəhər, digər kənd və qəsəbələrlə əlaqəsi tamamilə kəsilib. Sakinlər qeyd ediblər ki, körpü olmadığından hər gün çayı keçmək üçün xüsusi maşınlara pul vermək məcburiyyətində qalırlar. Mövzu ilə bağlı süjeti təqdim edirik. ATV

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

alfonsonri

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub. Dogrusoztv.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb. 1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat […]

Millimiz Niderland və Rumıniya ilə eyni qrupa düşdü

alfonsonri

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb. Azərbaycan Futzal Federasiyasına xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun matçı da rəqib zalında keçirəcək. Qeyd edək […]

Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin

alfonsonri

Qoç – enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil. Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın […]

NATO Kosovo Qüvvələrinə komandanlıq oktyabrda Türkiyəyə keçəcək

alfonsonri

Türkiyənin NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı bu ilin payızında rotasiya çərçivəsində alacağı gözlənilir. Bu barədə “Bloomberg“ Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.Qeyd olunub ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Bu addım Kosovonun şimalında baş verən son münaqişədən əvvəl planlaşdırılıb.Agentliyin məlumatına görə, […]

Prezidentdən “ASAN Kommunal” mərkəzləri ilə bağlı FƏRMAN

alfonsonri

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli Fərmanında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.  Fərmana əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərini “ASAN Kommunal” mərkəzlərində həyata keçirəcək.

Əli Əsədov Soçidə iclasda iştirak etdi – YENİLƏNİB

alfonsonri

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Prezident İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd […]

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçib

alfonsonri

“Muğan Bank” ASC-yə 2 yeni səhmdar gəlib. “Report” xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərdir. Onların hər biri Bankda 40% pay əldə edib. Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, “Muğan Bank”ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən […]