“NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik. Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin […]
Putin Kadırovla görüşdü
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kadırov bu barədə teleqram kanalında paylaşım edib. “Görüşümüzdə Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik”- deyə Kadırov bildirib.
Boksçumuz erməni rəqibinə qalib gəldi
Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib. Azərbaycan boksçusu Murad Allahverdiyev bu mərhələdə Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib. Belə ki, 80 kq çəkidə mübarizə aparan boksçumuz hər 3 raundu xeyrinə bitirib. Yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və […]
İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik […]
Qarabağda Ordumuza qarşı yeni təxribatlar hazırlanır
Qarabağda separatçıların fəallaşması Vaşinqtonda gedən sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə birbaşa bağlıdır. Dogrusoztv.az “Caliber”ə istinadən xəbər verir ki, Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı yeni təxribatlar hazırlanır. Bu təxribatlar baş verəcəyi təqdirdə sərt cavabla qarşılıq veriləcək. Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda […]
Türkiyədə çevriliş cəhdi zamanı girov götürülən general ÖLDÜ
Türkiyədə general-leytenant Mehmet Şanver vəfat edib. təqaüddə olan general 15 iyul çevriliş cəhdi zamanı girov götürülmüşdü. O, Döyüş Hərbi Hava Qüvvələri və Hava Raket Hücumundan Müdafiə komandanı kimi fəaliyyət göstərib.
Sabahın havası – Leysan yağacaq, duman olacaq
İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. […]
Əvvəllər məhkum olmuş şəxs Bakıda öldürüldü
Bakıda kafedə qətl hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 28-də saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib. Nəticədə Z.Nemətov xəstəxanaya […]
Xocavənd və Ağdərə istiqamətində məhv edilən silahlıların adları açıqlandı
İyun ayının 27-də Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlıları yenidən təxribata əl ataraq Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlunu yaralayıblar. Xocavənd və Ağdərə istiqamətində Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində terrorçu dəstənin 4 üzvü məhv edilib. Erməni KİV-ləri ölən silahlıların adlarını açıqlayıb: Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan, Qaqik […]
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Paylaşımda deyilir: “Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Allah bütün qurbanları qəbul etsin!”.