TƏBİB-dən suçiçəyi ilə bağlı ÜST-ə MÜRACİƏT

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”. APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri […]

Ərdoğan xalqa müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib. “Allah şəhidlərimizin məkanını cənnət etsin. Tarixi qiyama qatılan hər bir vətəndaşıma və həmin gecə veteran statusuna layiq görülən qardaşlarıma minnətdarlığımı bildirirəm. Küçələri, prospektləri, meydanları dolduranlara. Tanklara, helikopterlərə, silahlara bədənlərini sipər edən bu xalqın […]

Qazi baş leytenant: “Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib”

“Biz Vətən müharibəsində həm özümüzün, həm xalqımızın, həm də dövlətimizin gücünün və qüdrətinin şahidi olduq. Məhz bu güc və qüdrətin sayəsində bu gün başıuca gəzirik”. Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Həsən Allahverdiyev deyib. O vurğulayıb ki, Vətən müharibəsindəki qələbəyə məhz xalqın birliyi, ordumuzun gücü və Prezident İlham […]

Şuşada Vaqif Poeziya Günləri dahi şairin məqbərəsi önündə davam edib (FOTO)

Xalq yazıçı deyib: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”. Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirib. Deyib ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi. “44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. […]

Xaçmazda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, […]