Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər. Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub. Bununla da iyulun […]
DİN-də yeni TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin İdarənin rəis müavini təyin olunub. Qeyd edək ki […]
Ağalıda əhaliyə sosial xidmətlər göstərilir – VİDEO
Baku TV əməkdaşları bu gün 10 ailənin köçdüyü Zəngilan rayonun Ağalı kəndində olublar. Belə ki, onlar əhaliyə göstərilən sosial xidmətlərlə də tanış olublar. Kənddə yeni təmirdən çıxmış market və restoran da fəaliyyət göstərir. Daha ətraflı Baku TV-nin süjetində:
Sabah hava necə olacaq?
İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 31-36, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]
“Azərsığorta”nın Direktorlar Şurasının tərkibi TƏSDİQ EDİLDİ
Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Direktorlar Şurasının sədri: Azər Bayramov – maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri: Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri […]
Azərbaycanda orta aylıq əmək haqqı neçə faiz artıb?
Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 % artaraq 1 706 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət […]
“Azərbaycan daha 28 il gözləməyəcək” – Türkiyəli general XİN rəsmilərinin görüşü haqda – MÜSAHİBƏ
“Ermənistan qardaşları olan Moskva və Brüsselin verdiyi vədləri vaxtında yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan özü müzəffər ordusu ilə buna nail olacaq”. Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Mütəxəssis iyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüş barədə Oxu.Az əməkdaşının suallarını cavablandırıb: – Prezident İlham Əliyevin Qarabağ […]
Prezidentin Gömrük Komitəsinin idarəçiliyini həvalə etdiyi şəxs kimdir? – DOSYE
Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənədlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib. Oxu.Az onun dosyesini təqdim edir: Şahin Soltan […]
Ağalı sakinləri Zəngilana qayıdırlar: İlk mərhələdə köçəcək 41 ailə müayinə olundu – VİDEO
İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar. 30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər. Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi […]
İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb. Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib. Söhbət […]