Günün qoroskopu: Risk etməkdən çəkinməyin

alfonsonri

Dogrusoztv.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç – İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni […]

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

alfonsonri

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti […]

Prezident bu nazirliyin səlahiyyətini artırdı – Fərman

alfonsonri

Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Prezidentin digər […]

Məleykə Abbaszadə ilə bağlı – Sərəncam

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyev Məleykə Abbaszadə ilə bağlı sərəncam imzalayıb.  Ətraflı Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.  Qeyd edək ki, fevralın 23-ü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olan M.Abbaszadənin 70 yaşı tamam olacaq. 

Bu həftə qar yağacaq – XƏBƏRDARLIQ

alfonsonri

Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir: “Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci […]

İstanbulda bina çökdü

alfonsonri

İstanbulda bina çöküb. Fatih Katip Kasım Mahallesi Hadım Odaları küçəsində yerləşən 3 mərtəbəli binada çökmə baş verib. Hadisə yerinə çoxlu sayda xilasedicilər, səhiyyə və polis qüvvələri göndərilib. Xilasedicilər dağıntılarla bağlı araşdırmalara başlayıb. Tələfatın olmadığı, qrupların işinin davam etdiyi bildirilir. AZXEBER.COM

Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? – RƏSMİ

alfonsonri

Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmə gətirilib. Bununla bağlı sualı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Məşhur Məmmədov verib. Onun “Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin müəyyən edilməsi mümkündürmü?” sualına […]

Putin müharibəyə qarşı çıxanları hədələdi: Milli xəyanət…

alfonsonri

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik mesajlarını elan etməyə başlayıb. Dogrusoztv.az  TASS-a istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı paytaxtın “Qostini Dvor” sarayında ölkədəki vəziyyətin qiymətləndirilməsini və gələcək üçün əsas vəzifələrə baxışını ortaya qoyur. Putin “cəsarət və qətiyyətə görə” bütün Rusiya xalqına təşəkkür edib. Rusiya prezidenti həmçinin “qəhrəmanlıqlarına görə” həm hərbi, həm […]

DTX-dan əməliyyat: İŞİD-in mühasibi saxlanıldı

alfonsonri

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxlayıb. “Trend”in məlumatına görə, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.