Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı – Foto

alfonsonri

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində […]

Prezident Naxçıvanla bağlı planlardan danışdı

alfonsonri

“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlət başçısı bildirib: “Ola bilsin, yaxın […]

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Video

alfonsonri

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub. O, Ulu öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb. Həsən Mansurov […]

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ 

alfonsonri

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 93 gündür davam edir. Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında […]

“Müharibə bitdikdən sonra ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb”

alfonsonri

Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. Dövlətimizin başçısı […]

Bu gün Torpaq çərşənbəsidir

alfonsonri

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu – Torpaq çərşənbəsini qeyd edir. Bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır.İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq […]

Samir Salam saxlanıldı

alfonsonri

Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb. Dogrusoztv.az Lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var. Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir. Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat […]

İlham Əliyev Almaniyaya getdi

alfonsonri

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.  Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.

Bakıdakı silahlı insidentə görə saxlanılan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

alfonsonri

Xəbər verildiyi kimi martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci […]

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil” – Nazir

alfonsonri

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci ildə təsdiq olunan təhsil standartında var idi”. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı […]