Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

alfonsonri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 169 890 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 580 tank, 6 932 zirehli maşın, 2 623 artilleriya […]

Ağdaşda azyaşlı bacı-qardaş siçan dərmanından zəhərlənib

alfonsonri

Ağdaşda azyaşlılar zəhərləniblər. Dogrusoztv.az xəbər verir ki, rayon sakinləri olan dörd yaşlı N.Abdullayeva və qardaşı iki yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil”

alfonsonri

Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət qurumları məlumat yayarkən çox diqqətli olmalıdırlar. C.Məmmədov qeyd edib ki, hansısa məlumatın yayılması zamanı bu kimi […]

Hacı Nuranın səhhətində problem yarandı

alfonsonri

Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib. Bu haqda o özü məlumat yayıb. Hacı Nuran bildirib ki, hazırda Almaniyada müayinəyə yollanıb: “Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Bu gün yenə Düsseldorfdayam və […]

Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa… – SƏBƏB

alfonsonri

Azərbaycanda qohumluq münasibətləri getdikcə zəifləyir. Müşahidələr göstərir ki, bəzi qohumlar əvvəlki kimi bir-biriləri ilə isti münasibət saxlamır, gediş-gəliş tədricən azalır. Yalnız özəl günlərdə telefon zəngi və ya mesajla təbrik etməklə kifayətlənirlər ki, bu da ortaya ciddi suallar çıxarır.Qohumlar niyə yadlaşır? İnsanlar bir-birilərindən hansı səbəbdən uzaqlaşırlar? Mövzu ilə bağlı Modern.az-a danışan […]

Yol polisi tətildən qayıdanlara MÜRACİƏT ETDİ

alfonsonri

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən bildirilib ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilən qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olub. Tətil […]

İlham Əliyev yunanıstanlı həmkarına məktub göndərdi

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər […]

Neft ucuzlaşdı

alfonsonri

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 1,2% azalarq, 1 barelə görə 75 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,09% azalarq, 69,2 dollara bərabər olub.

Laçın yolundakı aksiyanın 104-cü günü

alfonsonri

Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 104 gündür davam edir. Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir. Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, […]

Şabranda qatarla traktor toqquşub, ölən var

alfonsonri

Şabranda qatarla traktor toqquşub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində […]