“Maşını İlham Əliyevə çatdırmaq üçün vaxt təyin etdik” – Türkiyəli nazir

alfonsonri

““TOGG” avtomobili ilk sifarişçilərinə təqdim ediləcək”. Dogrusoztv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, “TOGG”u ilk sifariş verən Prezident Rəcəb Tayyib Ərdoğana bazar ertəsi avtomobili təhvil veriləcək. “Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş vaxtı təyin etdik. […]

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

alfonsonri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Türkiyə Finlandiyanın NATO-ya qəbuluna razılıq verdi

alfonsonri

Türkiyə Böyük Millət Məclisi mart ayının 31-də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib. Bu bardə parlament sədrinin müavini Heydər Akar səsvermənin nəticələrini açıqlayarkən bildirib.  Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün yetərsay – 276 səslə qəbul edilib.  Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə […]

Fazil Mustafanın SON DURUMU

alfonsonri

Martın 28-də yaşadığı evin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın son durumu məlum olub. Bu barədə “Unikal”a açıqlamasında Fazil Mustafanın köməkçisi Əjdər Əliyev məlumat verib. Onun sözlərinə görə, deputatın vəziyyəti qənaətbəxşdir: “Səhhəti yaxşılaşmağa doğru gedir. Ayağındakı yara artıq sağalıb. Yaxın günlərdə evə buraxılacağı gözlənilir”.

Lavrov iranlı həmkarına hörmətsizlik etdi: “Nə gözləyirdiniz?” (VİDEO)

alfonsonri

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib. Dogrusoztv.az İran KİV-ə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb. Abdullahiyan XİN binasına daxil […]

Xankəndi-Laçın yolundakı aksiyanın 110-cu günüdür

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 110 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

alfonsonri

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi […]

“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

alfonsonri

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib. Beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən “İcazə” blankları əsasında həyata keçirilir. Kvota sistemi ilə yanaşı, sərnişin […]

Yüksək vəzifəyə təyin edilən Zaur Mikayılov kimdir?

alfonsonri

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilən Zaur Mikayılov sözügedən təyinatadək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəhbərlik edib. 49 yaşlı Mikayılov Zaur Rauf oğlu daha əvvəl ölkənin əsas marketlər şəbəkələrindən olan BRAVO-nun məxsus olduğu “Azərbaycan Supermarket” MMC-yə rəhbərlik edib. O, “PAŞA […]