Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il […]

Səfərbərlik Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib. Bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib. Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi […]

KİV: İranda davam edən etirazlarda 35 nəfər ölüb

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb. Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb. Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrindən 2 nəfər öldürülüb. İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini […]

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,62 % artaraq 65,80 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 62,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib – YENİLƏNİB

Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. *** 01:55 Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi […]

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş – GÖRÜNTÜLƏR

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.  Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Belə ki, sexdə ev quşlarının […]

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub. 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən […]

Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul yanvarın 23-ü saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək. Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 […]

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq […]