Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqladı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. H.Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə […]

Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü – RƏSMİ

Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bu məqsədlə dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayan qızla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona […]

Putin: “Lukaşenkonun qələbəsi ilə razılaşmayanların mütləq dürüstlüyünə şübhə etməyə əsas var”

Rusiya Prezidenti Vladimir Putin Belarusdakı prezident seçkilərinin legitimliyini və Aleksandr Lukaşenkonun qələbəsini tanıdığını açıqlayıb. Mk.ru xəbər verir ki, o, “Mən Aleksandr Qriqoriyeviç Lukaşenkonu qələbəsi münasibətilə təbrik etdim… Bu qədər”, – deyib. Rusiya lideri qeyd edib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun avqustun 9-da […]

Daxili İşlər Nazirliyi Bərdədə əməliyyat keçirdi, 11 nəfər tutuldu: Silah-sursat, narkotik… – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olmaqla, ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin […]

Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha

Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Dünyanın üzləşdiyi COVID-19 pandemiyası […]

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sooronbay Jeenbekova

Hörmətli cənab Prezident, Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə […]

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını bıçaqladı

İyulun 26-da Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.  Cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən […]

İcra nümayəndəsi Qarabağ əlilini evində ziyarət etdi – FOTO

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, ağır Parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərova dərman preparatları və ərzaq sovqatı təqdim olunub.  Unikal.org xəbər verir ki, 1ci qrup əlil   R. Əsgərovun evində olan  Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov Niyazi Bayramovun salamlarını […]

İranlı nazir müavini: Azərbaycan sayəsində İranın ticarəti artdı (FOTO)

Azərbaycanın sayəsində müxtəlif sahələrdə İranın digər ölkələrlə ticarəti artıb. Doğrusöztv.Az Trend-ə istinadən bldirir ki, bunu İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Qulamrza Ənsari Ərdəbil vilayəti valiliyində keçirilən iclasda deyib. Q.Ənsarinin sözlərinə görə, İranın məhsul ixracında qonşu ölkələr əhəmiyyət kəsb edirlər. O, əlavə edib ki, İran və Azərbaycan arasında […]

Hulusi Akar: Azərbaycan türkü doğma qardaşımızdır, təbii ki biz tərəfik

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistanın Azərbaycan torpaqlarına təxribatı ilə bağlı suala “Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik. Təbii ki, biz burada tərəfik. Durduğu yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. […]