Hava bu tarixdən kəskin dəyişir – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli […]

Fəhlə lotereyadan sərvət qazandı: Arvadını atıb başqası ilə sevgili oldu – İndi isə…

24 il əvvəl Türkiyədə lotereyadan 7,5 milyard lirə qazanaraq məşhur olan Mustafa Oytun adlı sakin bütün pullarını xərcləyib. O indi ehtiyac içində yaşayır. 54 yaşlı sakinin sözlərinə görə, o, pul qazanandan sonra evli olmasına baxmayaraq başqa qadınla sevgili olub. Sakinin sözlərinə görə, o sevgilisi üçün istədiyi hər şeyi alıb. Lakin pulu bitəndən […]

Prezident İlham Əliyev Özbəkistan prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Azərbaycanın dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını […]

Azərbaycanda əhalinin pensiya alacaqları kartla bağlı daha bir yenilik tətbiq olunacaq

Azərbaycanda banklar arasında rəqabətin gücləndirilməsi üçün sosial pensiya ödənişlərində əhaliyə bank seçimi etmək imkanı veriləcək. Bu barədə «Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası»nda nəzərdə tutulub. Sözügedən sənəd prezident İlham Əliyev tərəfindən iyulun 22-də təsdiqlənib və ölkənin sosial iqtisadi sahədə müxtəlif istiqamətlərdə inkişafını nəzərdə tutur.  Sənəddə maliyyə və bank sisteminin […]

Azərbaycan əsilli iş adamı Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov və israilli iş adamı Lev Levayev Portuqaliya vətəndaşlığı üçün müraciət ediblər və hazırda cavab gözləyirlər. Bu iddia ilə “Politico” nəşri çıxış edib. “Reuters” isə xəbər verib ki, Portuqaliya hakimiyyət orqanları iki oliqarxın vətəndaşlıq ərizələrini araşdırır. Onlardan birinin ABŞ sanksiyaları altında olduğu qeyd edilib. […]

İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb

Rayon prokurorluğundan BiG.AZ-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi […]