Doğumun qeydə alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyət verilib Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”əksini tapıb. Dəyişikliyə görə, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi […]
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdamda səfərdədir (FOTO)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb. Doğrusöztv.Az -ın Qarabağ bürosunun məlumatına görə, Xüsusi nümayəndə işğal zamanı ermənilərin Ağdamda törətdiyi vəhşilikləri, dağıntıları gözləri ilə görəcək. Toivo Klaarı Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Emin Hüseynov qonağa Ağdamda erməni vandalları tərəfindən törədilən […]
Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olunub
Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib. Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi “Twitter” hesabında paylaşım edib. Nazir qeyd edib: “Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən […]
Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib
Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam verib. Doğrusöztv.Az xəbər verir ki, Sərəncamla qərara alınır: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar incəsənət xadimi” Babayeva Rasimə […]
Tədris prosesində hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? – AÇIQLAMA
Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib. O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək: “Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı […]
Xəzər rayonunda avtomobil yollarının yenidən qurulması işlərinə beş milyon manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam verib. Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir: – Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci […]
Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi […]
Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM
Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib. Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir: – Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və […]
Razılıq olmadan digər ölkələrinin nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz – Müdafiə Nazirliyi
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin […]
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə rəsmi səfərdədir
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər […]