Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Doğrusöztv.Az xəbər verir ki, Ağdam rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən […]
Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür – XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərini şərh edib. Doğrusöztv.Az-ın məlumatına görə, L. Abdullayeva bildirib ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. “Belə ki, ötən həftə, noyabrın 9-u […]
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmanda dəyişikliklər edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Fərmanla qərara alınır: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası […]
Müdafiə Nazirliyindən erməni təxribatı barədə AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə […]
Şuşada terrorçunun qumbara partlatdığı yerdən yeni görüntülər – VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçimizi yaralayıb. Milli.Az xəbər verir ki, AzTV-nin əməkdaşları hadisənin baş verdiyi ərazidən süjet hazırlayıblar. Süjetdə təxribat törədilmiş yerdən son məlumatlar çatdırılıb.
Hərbçilərə ŞAD XƏBƏR: Yeni layihə hazırlayır
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur. Oxu24.com -un məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb. Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində […]
Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər […]
“İgid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar”- Deputatdan sərt AÇIQLAMA
Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam olur. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində “Qəhrəmanlar xiyabanı” və sülhməramlılara həsr olunmuş abidənin açlışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb. Məsələ ilə bağlı Sonxeber.az deputat Aqil Abbasın fikrini […]
İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Ali mükafat Prezident İlham Əliyevə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Təltiflə bağlı qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar. “Bu ordeni aldığım üçün […]
Şəhid ailələrinin evindən oğurluq edildi – VİDEO
Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan […]