Onlarla vətəndaşı əmək müqaviləsiz işlədən şirkətlə bağlı cinayət işi AÇILDI

Azərbaycanın Baş Prokurorluğuna səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun mətbuat […]

Şabran prokuroru vəzifəsindən AZAD EDİLDİ

Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlu vəzifəsindən azad olunub. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb. Baş prokuror Kamran Əliyev prokurorluqda qulluqda olmanın son yaş həddinə çatan M.Bayramovu prokurorluğun fəxri fərmanı ilə təltif edib.

DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs həbs edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident iyunun 29-da baş verib. Belə ki, iyunun 28-də yol polisi əməkdaşları 1988-ci il təvəllüdlü M.Şabanova məxsus “KamAZ” markalı yük maşınını saxlayıblar. Avtomobilə əlavə avadanlığın quraşdırıldığını bildirən polislər İnzibati Xətalar Məcəlləsinin […]

Prezident dövlət agentliyinə 1,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı Prezident.az məlumat yayıb.  Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin […]

Müdafiə Nazirliyi Türkiyə şirkəti ilə müqavilə bağlamayıb – AÇIQLAMA

“Müdafiə Nazirliyi Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti ilə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb. Bildiririk ki, Müdafiə Nazirliyi […]

ÜST meymunçiçəyi ilə bağlı hamilələrə xəbərdarlıq etdi

Meymunçiçəyi virusu kabusunun sürətlə yayıldığı bir zamanda Ümumdünya Səhiyyə Təşkilatından xüsusilə hamilə qadınlarla bağlı əhəmiyyətli xəbərdarlıq gəlib. ÜST-ün açıqlamasında indiyə qədər dörd hamilə qadının xəstəliyə tutulduğu ilə bağlı məlumat verilir və eyni zamanda qripə bənzər əlamətlər göstərən şəxslərdən də uzaq durmaları tövsiyə olunur. Türkiyədə meymunçiçəyi virusu aşkar edildikdən sonra hamilə qadınlarda xəstəliyin […]

Nəzakət Teymurova 50 yaşını belə qeyd etdi – Fotolar

Xalq artisti Nəzakət Teymurovanın ad günü olub. Axşam.az xəbər verir ki, 50 yaşını qeyd edən xanəndə sosial şəbəkədə paylaşımlar edib. N.Teymurova qızı Nigarın ona verdiyi hədiyyəni yayımlayaraq bunları yazıb: “Nigarımın doğum günümdə mənə hədiyyəsi… Halbuki həyatımın ən böyük hədiyyəsi elə Nigar özüdür. 50 ilimin böyük hissəsini Azərbaycan Milli Musiqisinə həsr etdim. 100 […]

Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib

SOSİAL https://ads.adviad.com/www/images/7e59e74e1b360b4123a5bc9bcb0c3a9c/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=11214__zoneid=1065__cb=a1e32c0d13__campaignid=2473__p1=1656863575__p2=8c7fdb72dfb3edc62c1bb5776512__p3=4078724843.1da0a81f3b3468379af766cc6f06a9994cbb1780__oadest=https%3A%2F%2Flimak.az%2Faz%2F%23%2Fcourier%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DLimak_Apa.az_Vertical_Top_Mobile%26utm_device%3Dmobile Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib 03 iyul 2022 14:30 (UTC +04:00) Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində […]

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.”Unikal” xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər. […]

Sabah Azərbaycan və İran XİN rəhbərləri Tehranda görüşəcək

Sabah İran və Azərbaycanın xarici işlər nazirlərinin Tehranda görüşü keçiriləcək.  “Unikal” xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş İran Xarici İşlər Nazirliyində baş tutacaq.  Azərbaycanın xarici işlər naziri iranlı həmkarının dəvəti ilə Tehranda gedəcək.