Türkiyədə zəlzələ qurbanlarının sayı 14 mini ÖTDÜ (YENİLƏNİB)

alfonsonri

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb. Bu  barədə Türkiyə  KİV-i məlumat yayıb.  ***10:18 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb. ***07:38 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı […]

Türkiyənin bu bölgələrində axtarış-xilasetmə işləri başa çatdı – YENİLƏNİB

alfonsonri

Zəlzələdən əziyyət çəkən Türkiyənin daha bir bölgəsi – Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. ***13:42 Türkiyənin Şanlıurfa şəhərində axtarış-xilasetmə işləri başa çatdırılıb. Bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) tviter hesabı məlumat yayıb.  Bildirilir ki, xilasedicilər Şanlıurfadan […]

Məşhur reper dağıntılar altından 72 saat sonra sağ çıxarıldı

alfonsonri

Knock Out təxəllüsü ilə tanınan məşhur reper 72 saat sonra dağıntılar altından sağ çıxarılıb.  Bu barədə reper sosial media hesabından paylaşım edib.  O, “Afet ve Acil Durumlar”ın (AFAD) xilasediciləri tərəfindən xilas edilib: “Allah razı olsun, məni AFAD zabitləri sağ çıxardı. Təbii ki, sizlərin duaları da inanılmaz təsirli oldu. Çox adam […]

Baş nazirdən Dövlət Vergi Xidməti ilə bağlı QƏRAR

alfonsonri

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərar “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan […]

Ermənistan təxribata cəhd etsə, ağır itkilər verəcək – AÇIQLAMA

alfonsonri

Ötən gün Ermənistanın Azərbaycana qarşı növbəti təxribat planlaşdırdığına dair məlumat yayıldı. Məlumata görə, təxribatın hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan və İranın […]

Deputatlar Türkiyəyə yardım kampaniyasına qoşulublar

alfonsonri

Milli Məclisin sədrinin təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası başladılıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. “Milli Məclisin deputatları və əməkdaşları Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yardım kampaniyasına qoşulublar”, – deyə komitə sədri bildirib.

Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatdı – VİDEO

alfonsonri

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb. Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar […]

Şahin Mustafayev və Muxtar Babayev Naxçıvana gediblər

alfonsonri

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasına gedib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, baş nazirin müavininin bu gün muxtar respublikada bir sıra görüşlər keçirəcəyi bildirilir. Şahin Mustafatevlə yanaşı Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də Naxçıvana səfər edib.

Bakıda bu səhər də TIXAC var

alfonsonri

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Hazırda yollardakı vəziyyət: 1. “20 Yanvar” dairəsində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, […]