Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış altı gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident […]
Zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi AÇIQLANDI
“Zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 000 manat) nağd pul veriləcək”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən zaman deyib.
Günün qoroskopu: Pullarınızla risk etməyin
Qoç – Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır. İşdə rəhbərliklə münasibətləri korlamayın. Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün […]
Kamran Əliyevdən yeni TƏYİNATLAR
Baş Prokurorluqda yeni təyinatlar olub. Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Fərid Nağıyev Bakı şəhər prokurorunun müavini vəzifəsinə, Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə, Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Azərbaycanlı tələbələrin qaldığı evdən çıxanlar – VİDEO
Türkiyədə baş verən güclü zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı yeni xəbər yayılıb. Tələbələrin yaşadığı binanın dağıntıları altından onlara məxsus bayraqlar və müqəddəs Qurani-Kərim kitabı tapılıb. Hazırda ərazidə xilastemə işləri davam edir. Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və […]
Əhalinin DİQQƏTİNƏ! Sabahdan pullu olacaq
Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. Bununla bağlı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi məlumat yayıb. “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd […]
Əfv Komissiyasının iclası keçirildi
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 600-ü ötüb. Komissiyanın növbəti iclası isə fevralın 23-də keçiriləcək. “Unikal”
Prezident Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə toxunaraq, əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident […]
Türkiyədə zəlzələdə ölənlərin sayı 31 974 nəfərə çatdı
Türkiyədə zəlzələdə ölənlərin sayı 31 974 nəfərə çatıb. Dogrusoztv.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev 2019-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə […]