Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas […]
İlham Əliyev Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün tviter hesabında Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb.
Prezidentin Türkiyəyə işgüzar səfəri başa çatdı – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və […]
Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib. “Report” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna […]
Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”
Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir. […]
TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı
Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik. Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Ömürəliyevin Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı müraciətində deyilir. “1992-ci il fevralın […]
Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü
Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.Jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub. Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir. Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək. […]
İstanbulda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü olub – YENİLƏNİB + FOTO
Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Bu barədə AZƏRTAC xəbər verir. 15:45 Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir.
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev işdən azad edilib. Arif Babayev, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Artıq sözügedən vəzifəyə yeni təyinat da reallaşıb. Belə ki, nazirin digər əmri ilə Sumqayıt Şəhər Pois İdarəsinin rəis müavini, […]