Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Pakistana səfəri çərçivəsində bu ölkənin federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə hüquqi əməkdaşlığı müzakirə edib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Söhbət […]
TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib
Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri TDT Katibliyinin institusional və rəqəmsal potensialının gücləndirilməsinə dair qərar imzalayıblar. “Report”un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, sənəd qeyri-rəsmi sammit çərçivəsində imzalanıb. Bundan əlavə, TDT ölkələri təşkilatın Baş katibinin müavininin təyin edilməsi barədə qərar qəbul ediblər.
Japarov: Bişkek və Ankara TDT-də cinayətkarlığa qarşı mübarizə şurası təşəbbüsünü irəli sürüb
Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüslə çıxış edib. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitində bildirib. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində beynəlxalq axtarış və türk dövlətləri arasında məlumat mübadiləsi rəqəmsal sisteminin işə salınması nəzərdə tutulur. Japarov […]
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində keçirilən imtahanların nəticələri elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, […]
İlham Əliyev: Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir
Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib. Dövlət başçısı bildirib ki, keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın […]
Qazaxıstan “TDT+” formatının yaradılmasını dəstəkləyir
Qazaxıstan Türkiyənin “TDT+” formatının yaradılması təklifini dəstəkləyib. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib. O qeyd edib ki, bu formata qoşulmaq istəyən bütün ölkələr üçün aydın meyarlar olmalıdır. K.Tokayev həmçinin TDT-nin hərbi alyans olduğu iddialarını rədd edib.
İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən […]
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. […]
Sabah yağış yağacaq
Azərbaycanda mayın 16-da havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° […]
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin Azərbaycana səfər edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər 17-18 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Liderlər Sammitində iştirak etmək üçün […]