Gəncədə küçə və prospektlər dezinfeksiya olunub (FOTO)

Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb. Trend-in məlumatına görə, səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulublar. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə […]

Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı-daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bio-ekoloji müxtəlifliyinə, […]

Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq – Prezidentin xüsusi nümayəndəsi

Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq.Trend-in Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.Onun sözlərinə görə, Ağdamda genişmiqyaslı bərpa işləri başlayıb:”Artıq bu bərpa işləri ilə bağlı Baş plan təsdiq olunub və cənab Prezident tərəfindən ictimaiyyətə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış […]

Hərbi qulluqçularımız həlak olub – RƏSMİ

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

Avqustun 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

Hulusi Akar Türkiyə-İran sərhədinə gedib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib.”Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.Nazir Vanda helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Daha sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.Görüşdə həmçinin Türkiyə Silahlı Qüvvələrinin […]

Məhərrəm ayı koronavirus ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək – QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib. Doğrusöztv.Az-ın məlumatına görə, müraciətdə deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci […]

Bu universitetlərin Bakıdakı filiallarının diplomları tanınmır – SİYAHI

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Doğrusöztv.Az bildirir ki, Agentlikdən verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur: 1. Dağıstan Dövlət […]

Prezident İlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında iştirak edib (FOTO)

Avqustun 9-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib. Ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətli inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük […]

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Həbib İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.