Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində Dövlət […]
DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb – YENİLƏNİB
Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması xəbəri həqiqəti əks etdirmir. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ehtiram Xəlilov hazırda həbsdədir. 13:12 Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük […]
“Rusiya-Ukrayna müharibəsi bir ildə davam edə bilər” – Uolles
Rusiyanın Ukraynaya qarşı müharibəsi ən azı bir il davam edə bilər. Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles LBC-yə müsahibəsində deyib. “Rusiya təkcə Ukrayna xalqının həyatına deyil, həm də öz əsgərlərinə tamamilə etinasızlıq nümayiş etdirdi. 12 ayda 188 min rus əsgəri həlak olub və ya yaralanıb. Bu, prezident Putinin fəlakətli […]
Flora Kərimova onu da məhkəməyə verir
Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib. Dogrusoztv.az olay-a istinadən xəbər verir ki, ustad müğənni həkim Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəməyə müraciət edib. Hakim işlə sabah – 23.02.2023 tarixində Nəsimi Rayon Məhkəməsində tanış olacaq. Kərimovanın bu addımı atmasına səbəb isə S. Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. İddiaya […]
Sabah qar yağacaq
Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci […]
Türkiyədəki zəlzələ Bakıda həyət evlərinin qiymətini ARTIRDI
“Həyət evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır”. Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır: “Mənzil bazarında artıma doğru meylləri var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə […]
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçiriləcək
“Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar keçiriləcək”. Dogrusoztv.az BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi sözçüsü Ned Prays brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, nümayəndələr arasında görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüsseldə təşkil ediləcək.
İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə […]
DYP-dən sürücülərə plyonka XƏBƏRDARLIĞI: Cərimə oluna bilərsiniz
Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə […]
Baş nazir qərar imzaladı
Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik […]