Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət […]

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır: “Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir […]

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,63 ABŞ dolları və ya 8,9 % artaraq 117,79 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 112,53 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Premyer Liqa: “Zirə” bu gün Yevlaxda, “Sabah” isə Bakıda meydana çıxacaq

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək. İlk olaraq “Zirə” “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. Cari mövsüm avrokuboklara vəsiqəni hədəfləyən “Zirə” 39 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 8 xalla sonuncu – 12-ci sıradadır. Günün ikinci görüşündə “Sabah” “Sumqayıt”ı qəbul […]

Qətər Müdafiə Nazirliyi: Ras-Laffana zərbə İrandan endirilib

Ras-Laffan sənaye zonasına zərbə İrandan endirilib. Bu barədə Qətərin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat paylaşıb. “Qətər Dövləti İrandan ballistik raket hücumuna məruz qalıb, nəticədə Ras-Laffan sənaye şəhərinə ziyan dəyib”, – deyə mətbuat açıqlamasında bildirilib. “Qatar Energy” dövlət neft-qaz şirkəti martın 18-də bildirib ki, Ras-Laffandakı sənaye obyektləri raket atəşinə tutulub. […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası […]

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Mətndə deyilir: “Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm. Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür […]

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 40 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd […]

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

Azərbaycan telekanllarında fevral ayında aparıcıların istifadə etdiyi xarici sözlərin sayı 864-ə düşüb. Bu barədə Audiovizual Şura məlumat yayıb. Qeyd edilib ki, 15 televiziya kanalının aparıcıları tərəfindən ötən ilin dekabr ayında xarici sözlərdən 1366, bu ilin yanvar ayında 1460 istifadə halı müəyyən olunub. Bildirilib ki, cari ilin yanvar ayında televiziya yayımçılarının […]