2021-ci il 31 dekabr tarixinə birbaşa xarici dövlət borcu 7393,4 milyon ABŞ dolları (ÜDM-in 13,5 faizi), dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 742,3 milyon ABŞ dolları (ÜDM-in 1,4 faizi) olmaqla, xarici dövlət borcu 8135,7 milyon ABŞ dolları və ya 2021-ci il üzrə ÜDM-in […]
Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?
2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib.Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.Hesabatda qeyd edilir ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət […]
Baş nazir qərar İMZALADI
Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabinetinin 201 №-li Qərarı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı […]
Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb
May ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb
Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.
Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı
Finlandiyanın “Gasgrid Finland” qaz-nəqliyyat şirkəti Rusiyadan qaz tədarükünün dayandığını bildirib. Bu barədə şirkətin açıqlamasında deyilir. Qeyd olunur ki, hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur. Eyni zamanda, ölkədə qaz sisteminin hazırda stabil olduğu deyilir. Xatırladaq ki, ötən gün “Qazprom” şirkəti mayın 21-i səhər saatlarından etibarən Finlandiyaya qaz […]
Azərbaycan nefti bu qiymətə satılır
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 2,63 ABŞ dolları (2,2 %) artaraq 121,62 dollar təşkil edib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.
Bu gün III ixtisas qrupu üzrə İMTAHAN KEÇİRİLƏCƏK
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda 21 521 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və […]
Özünü dənizə atdı
Abşeron rayonu, Novxanı kəndi ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Onların müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək […]
Qadir İbrahimli dəfn edildi
Bu gün vəfat edən tanınmış jurnalist Qadir İbrahimli dəfn edilib. Mərhumla vida mərasimi Lənkəranda keçirilib. Mərasimdə onun ailə üzvləri, yaxınları, media nümayəndələri iştirak edib. Allah rəhmət eləsin!