Toyda yığılan 32 mini oğurladı, 3 günə 8 min xərclədi

alfonsonri

Bakıda avtomobildən 31 500 manat oğurlayan şəxsin məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 1983-cü il təvəllüdlü Fərid Həsənov Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham edilib. Məhkəmə prosesində məlum olub ki, F.Həsənov ötən il oktyabrın 2-də gecə saat 04 radələrində Yasamal rayonu, […]

Şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ

alfonsonri

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İlham Əliyev: “Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam”

alfonsonri

“Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə deyib. “Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda […]

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

alfonsonri

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib: – Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər […]

Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

alfonsonri

Türkiyənin “Proyapı” tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə “Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib. Onun sözlərinə görə, şirkət minimal müddətdə “Zəfər Yolu”nu inşa edərək istismara verib. “Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun […]

Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

alfonsonri

Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilir. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqdimat hazırda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən aparılır. O, İnam Kərimovu Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edərək fəaliyyətində uğurlar arzulayıb. […]

Ad və soyadın dəyişdirilməsində YENİLİK

alfonsonri

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır. Layihəyə əsasən, ərizə əsasında adın, […]

Türkiyədə gəmi batdı – İtkin düşənlər var

alfonsonri

Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb. Dogrusoztv.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib,  9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə […]

İlham Əliyev Tacikistana getdi

alfonsonri

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.