Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

alfonsonri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində yeni təyinat olub. Bu barədə İdarənin müdiri müvafiq əmr imzalayıb. Əmrə əsasən, Minarə Fərzəliyeva mərkəzin direktoru vəzifəsinə təyinat alıb. Qeyd edək ki, M.Fərzəliyeva bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

alfonsonri

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib. Həştərxanda ümummilli lider Heydər Əliyevin […]

İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi – VİDEO

alfonsonri

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri […]

Prezident və xanımı Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərdi

alfonsonri

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib. Əklil mərhumun Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı nəşinin önünə qoyulub. Vida mərasimdən sonra mərhum […]

İranın casus şəbəkəsinə qarşı daha bir əməliyyat – 4 nəfər tutuldu

alfonsonri

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb. Onlar Ələddin İbrahimov, Arif Fətəliyev və Elsevər İsayev, eləcə də Yusif adlı şəxslərdir.  Qeyd edək ki, Arif Fətəliyev və Elsevər İsayev 2012-ci ildə icazəsiz aksiya keçirdiklərinə görə saxlanılıblar. Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə […]

İlham Əliyev Qazaxıstanda səfərdədir – FOTOLAR

alfonsonri

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Dogrusoztv.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

Binədə 18 yaşlı qız itkin düşdü – FOTO

alfonsonri

Bakıda 18 yaşlı qız itkin düşüb. Bu barədə Dogrusoztv.az-a DİN-dən məlumat verilib. Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər. İtkin düşən şəxs evdən çıxan zaman əynində […]

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başladı

alfonsonri

Bu gündən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu başlayıb. Müsabiqədə iştirak etmək istəyən müəllimlər bu gün saat 11:00-dən aprelin 17-si saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimi zamanı […]

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

alfonsonri

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyindən  bildirilib. Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.