Milli Məclis bu gün və sabah növbəti plenar iclas keçirəcək. Bu gün və sabah keçirləcək iclasların gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). […]
Bakı sakini dəm qazından boğulub
Bakı sakini dəm qazından boğularaq ölüb. Hadisə Suraxanı rayonunda baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
“Azeri Light” nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,18% azalaraq 66,22 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,34 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan […]
Bakıda qəza olub, 1 nəfər ölüb, 2-i xəsarət alıb
Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsi, Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə […]
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır. Həmçinin, təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün […]
NATO xarici işlər nazirləri Brüsseldə toplaşacaq
Dekabrın 3-də NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Görüşün məqsədi Haaqada iyun ayında keçirilmiş sammitdən sonra əldə olunan irəliləyişi qiymətləndirmək və 7–8 iyul 2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan növbəti Alians liderləri sammitinə hazırlıqdır. NATO nümayəndəsinin “UNIAN“-a bildirdiyinə görə, nazirlər şərq cinahında “Rusiyanın […]
Rusiyanın Dneprə hücumu nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 40-a çatıb
Rusiya qoşunlarının Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Bu barədə Dnepr meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko bildirib. “Dneprdə xəsarət alanların sayı 40 nəfərə çatıb. Onların böyük əksəriyyəti xəstəxanalardadır, 11 yaralının vəziyyəti ağırdır. Dörd nəfərin ölümü […]
Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqlənib
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər […]
Samuxda ər-arvad dəm qazından boğularaq ölüb
Samuxda iki nəfər dəm qazından boğularaq ölüb. Rayon sakinləri – 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda növbəti beynəlxalq konfrans keçiriləcək
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir. Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı […]