Bu gün Rumıniya, Moldova və Ukrayna enerji sistemləri arasında texnoloji nasazlıq baş verib, bu da ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb. “Bu gün yerli vaxtla saat 10:42-də Rumıniya və Moldova enerjisistemləri arasında 400 kV-luq xəttin və Ukraynanın qərb və […]
Ukrayna və Moldovada enerji sistemində problem yaranıb
Ukraynanın elektrik şəbəkəsində yaşanan problemlərə görə, ölkədə və Moldovanın enerji sistemində kəsinti yaşanıb. Paytaxt Kişinyov və ölkənin digər bölgələrində enerji verilişində fasilələr qeydə alınıb. Moldovanın energetika nazirliyinin məlumatına görə, iki ölkə arasında müştərək xəttin Ukraynaya düşən hissəsində olan problemlər Moldovada elektrik xətlərinin birində elektrik axınının aşağı düşməsinə səbəb olub. Ukrayna […]
KİV: İsrailin Qəzzaya hava hücumlarında 22 nəfər həlak olub
İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 22 nəfər həlak olub. Bu barədə “The Times of Israel” məlumat yayıb. Qeyd edək ki, İsrailin hərbi hava qüvvələri ötən gecədən bəri Qəzza zolağında HAMAS hədəfləri zərbələr endirir. HAMAS bu hücumları atəşkəsin ciddi şəkildə pozulması hesab edir.
Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur. Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sisteminin yaradılması təklif edilir
Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sistemi və enerji miksinə günəş, külək və ya hidroenerjinin inteqrasiyasını dəstəkləyən tənzimləyici mexanizmlər yaradılmalıdır. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib. “AmCham”ın ekspertləri rəqəmsal infrastruktur üçün fasiləsiz enerji təchizatını təmin edən və bərpa olunan enerji mənbələrindən istifadəyə […]
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti […]
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək […]
Azərbaycanda rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir
Azərbaycanda rəqəmsal bacarıqlar üzrə milli sertifikatlaşdırma sistemi yaradılmalıdır. Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib. Hesabatda vurğulanıb ki, o, “DigComp”, “ICDL”, “Microsoft” və “Cisco” kimi beynəlxalq çərçivələrə uyğunlaşdırılmalı, başlanğıcdan irəli səviyyəyə qədər mərhələləri əhatə etməlidir: “Bununla yanaşı, dövlət qulluqçuları, müəllimlər, KOB-lar və mühəndislər […]
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, […]
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,63 % artaraq 73,35 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 72,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]