Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 2-6 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır […]

Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmamasının səbəbi müəyyənləşib

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib. “Report”un əldə etdiyi məlumata görə, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib. O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır. Bundan əlavə, […]

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin (MM) yaz sessiyası üzrə ilk plenar iclası başlayıb. Sessiyanı spiker Sahibə Qafarova açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd edək ki, plenar iclasın gündəliyində MM-in yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması daxil olmaqla, ümumilikdə, 16 məsələ var.

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin […]

Cəlilabadda qardaşı uşaqlarını öldürməyə cəhddə şübhəli bilinən əmi içkili olub – TƏFƏRRÜAT – YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyevin qardaşının azyaşlı övladlarına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum etdiyi bildirilir. Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən […]

Mehriban Əliyeva: Əminəm ki, Azərbaycan gəncləri ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər”.

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. 1-ci Göl kənarı […]

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün – 2 fevral Azərbaycan Gəncləri Günüdür.Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis […]

Proqnozları alt-üst edən “Qarabağ” – “Dumanlı Albion”da yeni tarix yazmaq fürsəti – ŞƏRH

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə münasibətləri aydınlaşdıracaq. Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında dünən atılan “kor püşk”ün nəticəsi belədir. “Köhlən atlar” qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalına adlamaq üçün İngiltərənin ən köklü klublarından birini yolundan kənarlaşdırmalıdır. Artıq tərəflər arasında keçiriləcək qarşılaşmaların başlama tarixi və […]