Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin avqustun 5-də keçiriləcək iclasının gündəliyi məlum olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti […]

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və […]

Boksçu bir zərbə ilə adam öldürdü

Rusiyanın Barnaul şəhərində boksçu Mixail Startsev və kikboksinq üzrə dünya çempionu Liliya Voroquşina əlil kişini əl ağacı ilə döyüb.  “Report”un məlumatına görə, davaya 40 yaşlı Pavel Roxlov adlı şəxs qarışıb. Roxlov kikboksçu qadını vurub. Startsev isə onun sifətinə güclü zərbə endirib. Nəticədə Roxlovun başı asfalta çırpılıb və o, yerindəcə keçinib.  […]

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyindən “Doğrusöztv.Az“a verilən məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş […]

Nazir müavini işdən çıxarıldı – YENİ TƏYİNAT (FOTO)

Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Doğrusöztv.Az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə artıq yeni təyinat var. Belə ki, Nazirliyin Aparat rəhbəri Sərvan Cəfərov İnam Kərimova müavin təyin olunub.

Havanın temperaturu 3-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında  şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.   Məlumata görə, avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, […]

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə […]

Ceyhun Bayramov Rusiya səfirini qəbul etdi

İyulun 28-də Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail Nikolayeviçi qəbul edib. Xarici İşlər Naziryindən Doğrusöztv.az-a verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib. Strateji tərəfdaşlıq […]

SON DƏQİQƏ! Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edildi

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan iki nəfə həbs edilib. Doğrusöztv.az  xəbər verir ki , Abbasquliyev Həbib Əbil oğlu və Abbasquliyeva Lamiyə Elxan qızı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunublar. Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi […]

Bakıda birinci sinfə qəbulla bağlı 44 mindən artıq elektron müraciət daxil olub

İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu […]