Sabah 33 dərəcəyədək isti olacaq – PROQNOZ

alfonsonri

Azərbaycan ərazisində mayın 31-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 26-31°, Bakıda gecə 19-21°, gündüz 28-30° C isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]

Bu il Azərbaycandan həcc ziyarətinə neçə nəfər gedəcək?

alfonsonri

Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başa çatıb. Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov bildirib. Onun sözlərinə görə, ziyarət üçün Azərbaycana ayrılan 680 nəfərlik kvota dolub. Qeyd edək ki, həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna mayın 25-dən […]

Türkiyənin ordu elitasının Bakı səfəri: Ankaranın gündəliyindəki “barıt qoxusu” – TƏHLİL

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etməsi ilə həm Azərbaycanın, həm də Türkiyənin ortaq rəqiblərinə sanballı mesajlarla zəngin xəbərdarlıqlar ötürüldü. Cənab Ərdoğandan iki gün öncə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib, görünür ki, “TEKNOFEST” iki ölkə arasındakı […]

Ukraynada itkin düşən Ağayevlər ailəsinin üzvlərinin meyitləri tapılıb – VİDEO

alfonsonri

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, iki gündür ki, Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilmir. “Nəticə etibarı ilə heç bir partlayış və hücum müşahidə edilməsə də, son iki gündə gecələr hər iki saatdan bir, gündüzlər isə […]

Şəhriyar Məmmədyarov yeni yarışa başlayır

alfonsonri

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək. Yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaqlar. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və […]

Bakıda 20 ton un aparan TIR yandı

alfonsonri

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Neft bahalaşdı

alfonsonri

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,56% artaraq, 1 barelə görə 116,21 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,64% artaraq, 115,81 dollar təşkil edib.

“Dünya türkün gücünü görsün və yerini bilsin” – Səlçuk Bayraktar

alfonsonri

“”Teknofest” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur”. Bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı deyib. O qeyd edib ki, bu festival yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir. “Dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra üzərimizə […]

“Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm” – Türkiyə prezidenti

alfonsonri

“Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur – “Report”) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Əzəli qardaşlığımızı Allah daimi eləsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd […]

“Bu bizim ən əziz bayramımızdır” – Ali baş komandan

alfonsonri

“Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür. Bizim ən əziz bayramımızdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib. “Və bu bayramı iki qat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”, – dövlət başçısı qeyd edib.