Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dnepr şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha səkkiz insan yaralanıb. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında məlumat verib. O qeyd edib ki, yaralananlar arasında azı iki uşaq var. “Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, səkkiz nəfər […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:
Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb
Astana Beynəlxalq Sərgi Mərkəzində RES2026 regional ekoloji sammit çərçivəsində Azərbaycanın milli pavilyonu açılıb.“Report”un Qazaxıstan bürosu xəbər verir ki, ekspozisiya ölkənin dayanıqlı inkişaf sahəsində prioritetlərini, o cümlədən “yaşıl enerji”nin inkişafı üzrə layihələri və ekoloji texnologiyaların tətbiqini nümayiş etdirir. Pavilyonda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə təşəbbüslər təqdim olunub. Pavilyon həm […]
“Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib – YENİLƏNİB
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsi plenar iclasa tövsiyə olunub. *** Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi […]
İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycan-Latviya biznes forumu keçirilib. Dövlət başçıları tədbirdə çıxış ediblər.
Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından […]
Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
Ukrayna “Drujba” kəməri vasitəsilə neft nəqlini bərpa edib. Bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova “Facebook” səhifəsində bildirib. Onun sözlərinə görə, Slovakiyaya neft nəqlinin sabah səhər saatlarında bərpa olunması gözlənilir.
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 14:07-də qeydə alınıb. “3,3 maqnitudalı yeraltı təkan 5 km dərinlikdə qeydə alınıb”, – məlumatda vurğulanıb.
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.