Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir: “Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”. QMİ rəsmisi qeyd edib […]
Azərbaycanda yeniyetmə qızı ərə verirlər
Sabirabad rayonu Qəzli kəndində erkən nikaha cəhd müəyyən olunub. Bu haqda Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. Məlumata görə, toy iyunun 8-də baş tutacaqdı. Qızın kimliyi, neçə yaşı olduğu hələki məlum deyil. Əlavə məlumat üçün qeyd edək ki, bu sözügedən kənddə ikinci erkən […]
Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb
Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb. Bunu Rusiyanın Təhsil və elm nazirinin müavini Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin “Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri” mövzusunda geniş iclasında çıxışı zamanı deyib. Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra […]
Güclü külək əsəcək, intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 7-dən birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 07-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi […]
Nazir yeni rəis TƏYİN ETDİ
Daxili işlər orqanında kadr dəyişikliyi olub. Dogrusoztv.az xəbər verir ki oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Ənvər Həsənov Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edirdi.
Bakıda müəllim vəfat etdi
Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin müəllimi Tərəqqi Məsumə Qurban qızı vəfat edib. Bu barədə məktəb-lisey özü məlumat yayıb. Bildirilib ki, o, uzun sürən ürək xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, Məsumə Tərəqqi sözügedən təhsil ocağında ingilis dili fənnini tədris edib.
Bu gün bütün orta məktəblərin IV siniflərində monitorinq keçiriləcək
Bu gün Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin əsas məqsədləri şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması […]
Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib
Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti həbs edilib. Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket […]
“Prius” sahiblərinə ŞAD XƏBƏR: Kiçik mühərrikli avtomobilləri sığortalamayan şirkətlər CƏZALANDIRILACAQ
Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət […]
DTX və DSX əməliyyat keçirdi – Saxlanılanlar var
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.Bu barədə DTX mətbuat xidməti məlumat yayıb.Məlumata görə, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul […]