Kəlbəcərin işğaldan azad edilməsi strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir – Alim

Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. Onun sözlərinə görə, tarixi-coğrafi baxımdan Kəlbəcər hər zaman Azərbaycan ərazisində formalaşmış dövlətlərə bağlı olub. […]

BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə BMT QAK-dan bildiriblər. Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır: “Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən […]

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə – Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca […]

Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi

Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında dəyişiklik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib. Dəyişikliyə […]

Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir.

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb. Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər […]

Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisiniz” lövhəsini söküblər

Ermənilər Kəlbəcərin girişindəki “Xoş gəlmisizin” yazısı olan məlumat lövhəsini söküblər. Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan “Facebook” səhifəsində foto paylaşıb. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədə görə, 25 noyabrda erməni tərəf işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycana təhvil verəcək.

Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır – Putin

Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib. O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı: “Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc […]

Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur – Lavrov

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur: “Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, […]