İndi bəşəriyyət elm və texnologiyaların sürətli inkişafının yeni mərhələsinə qədəm qoyub. Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafından, tərəqqisindən keçir. İnkişaf etmiş ölkələrin iqtisadi, sosial və mədəni inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bütövlükdə ictimai həyatının demokratikləşməsi elmin müasir texnologiyaların inkişafı ilə zəncirvari bağlılığından faydalanır. Bəşəriyyətin gələcəyinə gedən […]
“Wood Mackenzie”: Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də “ExxonMobil” şirkətinin payının satılması məsələsini şərh edərkən deyib. […]
İlham Əliyev Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olub
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular. Doğrusöztv.Az xəbər verir ki, daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış […]
İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub
Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında oldular. Hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır. Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir […]
İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının açılışda iştirak edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. […]
Prezidentdən daha bir TAPŞIRIQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar. Doğrusöztv.Az Pravda.az-a istinadən xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və […]
“Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” – Lukaşenko
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq […]
Prokurorluq araşdırmaya başladı
Şamaxıda tikintidə baş verən ölüm hadisəsi ilə bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Doğrusöztv.Az-ın xəbərinə görə, bu gün Şamaxı Avtovağzalının ərazisində tikilməkdə olan binanın yanına gətirilən “Bobcat” qaldırıcı kranı qəflətən aşıb, kranın səbətindəkı fəhlələr yıxılaraq ağır xəsarət alıblar. Onlardan biri ağır çəkili dəmir səbətin altında qalıb. Yaralılar Şamaxı Mərkəzi […]
SON dəqiqə: Bütün kənd nəzarətə götürüldü – Koronavirus yayılır
Kürdəmir rayonunda koronavirusa yoluxma sürətlənib. Doğrusöztv.Az xəbər verir ki,rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb. Ətraflı reportajı təqdim edirik.
Əbülfəs Qarayavin səlahiyyəti ilə bağlı xəbərə RƏSMİ MÜNASİBƏT
Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Doğrusöztv.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib. Xatırladaq ki, mayın 21-də Prezident İlham […]