Ağdam, Suqovuşan və Hadruta köç nə vaxt olacaq?

alfonsonri

Bu il ərzində Laçın, Zabux, Sus, o cümlədən Füzuli şəhərinə köçmək üçün şərait yaranacaq. Bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Onun sözlərinə görə, gələn ildən başlayaraq Suqovuşan, Hadrut, Tuğ, eləcə də, Ağdam şəhərinə və […]

Ramazanın 27-ci gününün duası – İmsak və iftar vaxtı

alfonsonri

Bu gün Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 04:27-də, iftar vaxtı isə 19:37-dədir. İmsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!” Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin […]

Daha 3 növ kağız və karton gömrük rüsumundan azad edilir

alfonsonri

Azərbaycana idxal olunan daha 3 növ kağız və karton – sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın […]

Sabah hava necə olacaq?

alfonsonri

Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz […]

“Sülh müqaviləsi bu halda reallaşacaq” – Paşinyan

alfonsonri

“Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.O, regionda sabitliyin Qərblə Rusiya arasında konsensusa çevrilmə ehtimalını deyib: “Cənubi Qafqazın özü böyük bir kəsişmədir və burada Ermənistan və Gürcüstanın […]

Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək uzadıldı

alfonsonri

Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının […]

Səbinə Əliyeva: “Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir”

alfonsonri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib. Ombudsman Aparatından verilən xəbərə görə, müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında […]

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

alfonsonri

“Qanunvericiliyə əsasən, hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə […]

Ramazanda bayram namazının vaxtı açıqlandı

alfonsonri

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə saat 09:00-da qılınacaq: “Aprelin 20-də […]