Azərbaycan neftinin qiyməti 71 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,68 % artaraq 71,51 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,48 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

İyulun son gününün havası açıqlanıb

Azərbaycanda iyulun 31-də havanın günəşli keçəcəyi, 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə […]

“Qarabağ” “Şelburn”la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq

“Qarabağ” “Şelburn”la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında bildirib. Mütəxəssis zədə səbəbindən yeni transfer Dani Boltun adının iştirak ərizəsinə salınmayacağını, Marko Yankoviçin isə heyətdə yer ala biləcəyini, bununla belə, […]

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlayaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edib və proqram icraya yönəldilib. Beləliklə, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında […]

Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. İclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər. İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti […]

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

Vyetnamın Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq. Bu barədə Azərbaycanda səfərdə olan Hanoy Universitetinin professoru Nguyen Van Çien AMEA prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündə məlumat verib. O, elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini, qurumun Azərbaycanla Vyetnam arasında elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə diqqət çəkib. Görüşdə həmçinin […]

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – SƏRƏNCAM

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 1 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindəndən ilkin olaraq 2 milyon manatı ayrılıb.

ADB Azərbaycan üçün yeni beşillik strateji əməkdaşlıq planını təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib. Bunu “Report”a bankdan bildirilib. Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq – “yaşıl” və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların […]

Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Şəhid ailəsi üzvləri üçün Müəllimlərin İşə Qəbul imtahanı üzrə vakansiya seçiminin nəticələri açıqlanıb. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak […]

İstanbulda meşə yanğınları səbəbindən pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib

Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib. Bu barədə İstanbul valiliyi məlumat yayıb. Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq. “Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə […]